Polis intihar etmək istəyən şəxsi xilas etdi

Polis intihar etmək istəyən şəxsi xilas etdi Qazaxda polis intihar etmək istəyən şəxsin həyatını xilas edilib.
Hadisə
13 May , 2020 12:39
Polis intihar etmək istəyən şəxsi xilas etdi

Qazaxda polis intihar etmək istəyən şəxsin həyatını xilas edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, mayın 12-i saat 23 radələrində 22 yaşlı Ağstafa rayon Dağkəsəmən kənd sakini Adil Allahverdiyev Ağstafa çayının Qazax rayon ərazisindən keçən hissəsinin üzərində olan körpüdən özünü ataraq intihar etmək istəyib. 

Dərhal hadisə yerinə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları gələrək onunla profilaktiki söhbətlər aparıb. Buna baxmayaraq, A.Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşlarının çevikliyi və operativ reaksiyası nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi