Polis Bakıda narkotacirlərə qarşı xüsusi əməliyyat keçirib

Polis Bakıda narkotacirlərə qarşı xüsusi əməliyyat keçirib Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Hadisə
28 Avqust , 2019 13:31
Polis Bakıda narkotacirlərə qarşı xüsusi əməliyyat keçirib

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Naziriyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Yasamal rayon sakini Azər Misdimov, Binəqədi rayon sakinləri Alxan QuliyevƏlibaba Baxışov, həmçinin Xızı rayon sakini əvvəllər məhkum olunmuş Yavər Qasımov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə yüksək təsredici xassəyə malik narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi