Bakı. 1 aprel. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda “VAZ” və “Mercedes“ markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğın baş verib.
“Report” FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı “VAZ” markalı avtomobilin yanar hissələri yanıb, sürücü yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.
Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.