"Oksigen" klinikasında həkimin pulu oğurlandı

"Oksigen" klinikasında həkimin pulu oğurlandı Bakıda klinikada oğurluq hadisəsi baş verib.
Hadisə
13 İyul , 2020 15:12
Oksigen klinikasında həkimin pulu oğurlandı

Bakıda klinikada oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə "Oksigen" klinikasında qeydə alınıb.

Belə ki, naməlum şəxs həmin klinikanın həkimi Yeganə Əliyevanın iş otağındakı çantasından 500 manat və 200 ABŞ dolları oğurlayıb.

Daha sonra Y.Əliyeva hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sevgiladə Quliyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi