Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Nərimanov parkında qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Əhmədov İlham Bayram oğlu naməlum şəxslər tərəfindən döyülüb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.