Neftçalada 15 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Neftçalada 15 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Neftçala rayonunun Boyat kəndində elektrik cərəyanı vurması nəticəsində ölən yeniyetmə qızın şəxsiyyəti məlum olub.
Hadisə
28 Avqust , 2019 18:43
Neftçalada 15 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Neftçala rayonunun Boyat kəndində elektrik cərəyanı vurması nəticəsində ölən yeniyetmə qızın şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, həmin kəndin sakini, 2004-cü il təvəllüdlü Mirzəyeva Zərifə Mahir qızını yaşadığı evdə elektrik avadanlığı ilə ehtiyatsız davranması səbəbindən cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.


*** 16:49

Neftçala rayonunda 15 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.

“Report”un Aran vürosu xəbər verir ki, hadisə rayonun Boyat kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, hələlik şəxsiyyəti məlum olmayan yeniyetmə qızı ehtiyyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi