Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var

Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Avqust , 2017 19:10
Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var
Report.az

Mingəçevir. 31 avqust. REPORT.AZ/ Mingəçevir şəhərində yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. 

Nəticədə sürücü və avtomobildə olan onun iki bacısı xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi