Mingəçevir. 5 may. REPORT.AZ/ Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Təbriz küçəsində, istirahət parkının qarşısındakı avtobus dayanacağında qeydə alınıb.
Məlumata görə, mübahisə zəmnində şəhərin iki sakini - 1992-ci il təvəllüdlü Müşfiq Qurban oğlu Əfəndiyev və 1985-ci il təvəllüdlü Nəcəf Elxan oğlu Hüseynov bıçaqlanaraq ağır xəsarət alıb.
Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.