Mingəçevirdə hərbi xidmətdən yeni qayıdan şəxs ikinci mərtəbədən yıxılaraq iki qolunu qırıb

Mingəçevirdə hərbi xidmətdən yeni qayıdan şəxs ikinci mərtəbədən yıxılaraq iki qolunu qırıb Hadisə tikinti işləri zamanı baş verib
Hadisə
25 Mart , 2018 21:02
Mingəçevirdə hərbi xidmətdən yeni qayıdan şəxs ikinci mərtəbədən yıxılaraq iki qolunu qırıb

Mingəçevir. 25 mart. REPORT.AZ/ Mingəçevir şəhərində, Kür çayı sahilində aparılan inşaat işləri zamanı bədbəxt hadisə baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, həmin tikintidə fəhlə kimi çalışan 1998-ci il təvəllüdlü Mehdiyev Rauf Süleyman oğlu iş zamanı ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Hə iki qolu qırılan, həmçinin baş və bədəninin müxtəlif nahiyələrindən ciddi xəsarət alan yaralı dərhal xəstəxanaya yerləşdirilib.

R.Mehdiyevin hərbi xidmətdən yeni döndüyü və inşaat sahəsində qısa müddətlik əmək fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi