Mingəçevirdə gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

Mingəçevirdə gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib Mingəçevir. 14 yanvar. REPORT.AZ/ Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
14 Yanvar , 2018 20:17
Mingəçevirdə gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

Mingəçevir. 14 yanvar. REPORT.AZ/ Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin N.Nərimanov küçəsində baş verib.

Belə ki, piyadalar üçün müəyyən edilməmiş yerdən yolu keçmək istəyən 1993-cü il təvəllüdlü şəhər sakini Şəfiyev Əvəz Aydın oğlunu taksi xidməti göstərən “VAZ” markalı avtomobil vuraraq ağır xəsarət yetirib.Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi