Masallıda traktor və ekskavatorun hissələrini oğurlayan şəxs saxlanılıb

Masallıda traktor və ekskavatorun hissələrini oğurlayan şəxs saxlanılıb Masallı rayonunda traktor və ekskovatorun hissələri oğurlanıb.
Hadisə
2 Sentyabr , 2019 11:33
Masallıda traktor və ekskavatorun hissələrini oğurlayan şəxs saxlanılıb

Masallı rayonunda traktor və ekskovatorun hissələri oğurlanıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində C.Əkbərova məxsus “Belarus” markalı traktorun və “Yuemc” markalı ekskavatorun hissələrini sökərək oğurlamaqda sübhəli bilinən Türkoba kənd sakini, əvvəllər məhkum olunmuş C.Əkbərov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun 3 həyətyanı sahədən velosiped və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi