Masallıda 11 gün əvvəl toyu olan şəxs çayda boğulub - FOTO - YENİLƏNİB

Masallıda 11 gün əvvəl toyu olan şəxs çayda boğulub - FOTO - YENİLƏNİB Masallı rayonunda istirahət mərkəzində çayda çimərkən boğulan gənc oğlanın şəxsiyyəti məlum olub.
Hadisə
19 Avqust , 2019 20:41

Masallı rayonunda istirahət mərkəzində çayda çimərkən boğulan gənc oğlanın şəxsiyyəti məlum olub. 

"Report"un Cənub Mərkəzi xəbər verir ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.

Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.


*** 18:23

Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan çayda çimərkən boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.



Son xəbərlər

Orphus sistemi