Lənkəranda baş verən qəzada xəsarət alanların 19-u evə buraxılıb, 3 nəfərin müalicəsi davam etdirilir- FOTO - YENİLƏNİB-3

Lənkəranda baş verən qəzada xəsarət alanların 19-u evə buraxılıb, 3 nəfərin müalicəsi davam etdirilir- FOTO - YENİLƏNİB-3 Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı xəsarət alanlardan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Hadisə
29 Avqust , 2019 11:28
Lənkəranda baş verən qəzada xəsarət alanların 19-u evə buraxılıb, 3 nəfərin müalicəsi davam etdirilir- FOTO - YENİLƏNİB-3
Foto: "Report"

Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı xəsarət alanlardan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Bu barədə "Report"un Cənub Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 28-də saat 18:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) rayonun Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub.

Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş verən dağlıq əraziyə yollanıb və sürücü Ələmdar Ağayevin hadisə zamanı dünyasını dəyişdiyi müəyyən olunub. Bildirilib ki, şöbənin Dövlət yol polisi bölməsinin yol patrul xidmətinin və digər polis əməkdaşlarının fəal iştirakı ilə avtobusda olan 22 nəfər sərnişinin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılmaları təşkil olunub.

Hazırda onlardan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə müayinədən və tibbi müdaxilədən sonra evə buraxılıb.

Hadisənin baş vermə səbəbinə gəldikdə isə Ağayev Ələmdar Şavəli oğlu ona məxsus PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusla yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə hərəkətə başlayaraq yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və avtomaşın geriyə hərəkət edərək həyətə aşıb.


08:41

Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı xəsarət alanlardan 10-u müalicələrini rayon xəstəxanasında davam etdirəcək. 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, digər yaralılar ambulator müalicəyə buraxılıblar. 

Yaralılardan 2-i Reanimasiya şöbəsindədir. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Xəstəxananın baş həkiminin sözlərinə görə, açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır. 

Reanimasiya şöbəsində müalicə alan digər qadına isə qapalı kəllə-beyin travmasıqabırga sınığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Xəstəxananın Travmatologiya şöbəsində müalicə alan 8 qadının isə vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.


***21:49

Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, Bəleton kəndində qeydə alınan qəza zamanı sürücü - Ələmdar Şahvəli oğlu Ağayev (1957-ci il təvəllüdlü) hadisə yerində ölüb. 

Qəza zamanı həmçinin Yusubova Sevda Şirəli qızı (1981), Yusubova Aycan Məhərrəm qızı (2006), İbrahimov Rahim Şamməd oğlu (2008), İbrahimova Şölə Filağa qızı (1972), Cəfərli Milana Qılman qızı (1997), Seyfullayeva Pərvanə Vahab qızı (1977), Zamanova Şəfəq Cəsail qızı (1990), Qasımova Aytəkin İsaq qızı (1964), Sadıqova Rəisə Canəli qızı (1957), Muradova Kifayət Xeyrulla qızı (1983), Muradova Südabə Muxtar qızı (1972), Ağayeva Məryəm Məzahir qızı (1974), Rəhimova Adilə Məmmədağa qızı (1966), Quliyev Mirələm Baloğlan oğlu (1957), Əliyeva Göyçək Mehrəli qızı (1984), Novruzov Yusif Zamin oğlu (2013), Ağayev Hafiz Allahverdi oğlu (1982), Hüseynova Səbinə Rizvan qızı (2001), Ağayeva Rəfiqə Miri qızı (1949), Ağayeva Sevinc Vəliağa qızı (1978), Ağayeva Sevgiyyə Əzim qızı (2001), Ağayeva Ülviyə Əzim qızı (2004), xəsarət alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 23-ü Travmatologiya şöbəsinə, bir qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə Bəleton kəndində qeydə alınıb. 

Faktla bağlı araşdırma aparılır.


***20:56

Lənkəran rayonunda yol qəzası baş verib. 

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Bəleton kəndində qeydə alınıb. 

Belə ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. 

İlkin məlumata görə, 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi