Kürdəmir rayonunun Sığırlı kəndində stoldan yıxılaraq ağır xəsarət alan 3 yaşlı körpə ölüb.
“Report”un yerli bürosunun xəbərinə görə, qapalı kəllə-beyin travması alan İ.Eminovun həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
*** 13:49
Kürdəmir rayonunda 3 yaşlı körpə stolun üstündən yıxılaraq ağır xəsarət alıb.
"Report"un yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, evdə nəzarətsiz qalan 2016-cı il təvəllüdlü İlham Eminov stolun üstünə çıxıb. Sonradan müvazinətini itirən 3 yaşlı uşaq başı üstə yerə yıxılıb. Ağır bədən xəsarətləri alan yaralı uşaq ərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.