Kürdəmirdə narkotik mənşəli bitki becərən şəxs tutulub - VİDEO

Kürdəmirdə narkotik mənşəli bitki becərən şəxs tutulub - VİDEO Kürdəmir rayonunda narkotik mənşəli bitki becərən şəxs tutulub.
Hadisə
4 Sentyabr , 2019 23:18
Kürdəmirdə narkotik mənşəli bitki becərən şəxs tutulub - VİDEO

Kürdəmir rayonunda narkotik mənşəli bitki becərən şəxs tutulub.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, 4 sentyabr 2019-cu il tarixində Kürdəmir RPŞ-yə Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Cəfərov Yahya Sədir oğlunun qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla qeyri-qanuni üzərində narkotik vasitələr saxlaması və daşıması barədə məlumat daxil olub.

Məlumat əsasında, 1963-cü il təvəllüdlü Kürdəmir rayonu Yenikənd kənd sakini əvvəllər də AR Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Cəfərov Yahya Sədir oğlunun yaşadığı evin həyətində keçirilmiş axtarış zamanı, evin həyətində olan bağ sahəsində əkib yetişdirdiyi üç ədəd yaş vəziyyətdə, tərkibində narkotik maddələr olan, əkib-becərdilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb. Yəhya Cəfərov saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilib.

Faktla bağlı Kürdəmir RPŞ-nin İB-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi