Kürdəmirdə avtoyuyucu müştərinin avtomobilini qaçırıb - VİDEO - YENİLƏNİB

Kürdəmirdə avtoyuyucu müştərinin avtomobilini qaçırıb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
4 Sentyabr , 2019 22:22
Kürdəmirdə avtoyuyucu müştərinin avtomobilini qaçırıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***18:54

Kürdəmir rayonunda avtoyuma məntəqəsindən avtomobil qaçırılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Kürdəmir rayon sakini Rəşad Sadıqovun avtoyuma məntəqəsinə gətirdiyi "Hyundai" markalı avtomobili orada çalışan işçi tərəfindən yuyulduqdan sonra qaçırılıb.

Bununla bağlı avtomobilin sürücüsü R.Sadıqov Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahsevən kənd sakini Abdullayev Aslan Mahmud oğlu Ağsu rayon Çiyni kəndi ərazisində qaçırılmış avtomobillə saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilib və istintaq bölməsinə təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi