Kürdəmirdə 3 yaşlı uşaq yıxılaraq kəllə-beyin travması alıb

Kürdəmirdə 3 yaşlı uşaq yıxılaraq kəllə-beyin travması alıb Kürdəmir rayonunda 3 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb.
Hadisə
8 Sentyabr , 2019 01:03
Kürdəmirdə 3 yaşlı uşaq yıxılaraq kəllə-beyin travması alıb

Kürdəmir rayonunda 3 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2016-cı il təvəllüdlü Eminov İlham İlqar oğlu ehtiyatsızlıqdan stoldan yıxılıb. O, qapalı kəllə-beyin travması diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra isə Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi