Kürdəmir polisi velosipedçilərə qarşı reyd keçirib

Kürdəmir polisi velosipedçilərə qarşı reyd keçirib Dövlət Yol Polisi(DYP) Kürdəmirrayonunda reyd keçirib.
Hadisə
1 Sentyabr , 2020 19:39
Kürdəmir polisi velosipedçilərə qarşı reyd keçirib

Dövlət Yol Polisi (DYP) Kürdəmir rayonunda reyd keçirib.

"Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, məqsəd velosiped istifadəçilərinin tam şəkildə yol hərəkəti qaydalarına riayət etməsi və eləcə də piyadaların piyada keçidindən düzgün istifadə etməsinə nəzarətin gücləndirilməsidir.

DYP əməkdaşları velosipedçilərlə profilaktiki söhbətlər aparıb və onlara qaydalara ciddi şəkildə riayət etməsini məsləhət görüb.

Eyni zamanda hər bir velosiped istifadəçisinə və piyadalara koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə geniş məlumat verib, onlara tibbi maskalar paylanılıb.

Bu kimi reydlərin rayon ərazisində mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi