Kürdə batan şəxslərin meyitləri tapıldı

Kürdə batan şəxslərin meyitləri tapıldı İyulun 9-daKür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-a
Hadisə
11 İyul , 2020 13:00
Kürdə batan şəxslərin meyitləri tapıldı

İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti saat 12:00-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edək ki, iyulun 9-da eyni ərazidə batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti batdığı gün, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti bu gün saat 10:30-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.


***11:17

İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti tapılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd olunub ki, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi