Kür çayında batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB

Kür çayında batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB Zərdabda 3 nəfər kürdə batıb.
Hadisə
9 İyul , 2020 21:05
Kür çayında batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batanlardan birinin meyiti tapılıb. "Report"Yuxarı Şirvan bürosu xəbər verir ki, çayda batanlardan biri - İsmayılova Nahidə Rəşadət qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Digərlərinin axtarışı isə davam edir.

Qeyd edək ki, Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində həmçinin 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu atıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

20:18

Zərdab rayonunda 3 nəfər Kür çayında batıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızı batıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Son xəbərlər

Orphus sistemi