İmişlidə ikimərtəbəli çay evi yanıb

İmişlidə ikimərtəbəli çay evi yanıb İmişli rayonu ərazisində yanğın hadisəsi baş verib.
Hadisə
27 Avqust , 2020 02:03
İmişlidə ikimərtəbəli çay evi yanıb

İmişli rayonu ərazisində yanğın hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Məzrəli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Hikmət Əliyevə məxsus çayxanada yanğın başlayıb. Alov güclənərək 70 kv.m sahəsi olan ikimərtəbəli tikilini bürüyüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi cəlb edilib.

Alov söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da çayxana yararsız hala düşüb.

Son xəbərlər

Orphus sistemi