İsmayıllıda 3 tona yaxın narkotik bitkilər məhv edilib

İsmayıllıda 3 tona yaxın narkotik bitkilər məhv edilib Yabanı halda bitən 3 400 ədəd çətənə kolu yandırılıb
Hadisə
5 Sentyabr , 2016 12:15
İsmayıllıda 3 tona yaxın narkotik bitkilər məhv edilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ İsmayıllı rayonunda ümumi çəkisi 3 tona yaxın olan 3400 ədəd çətənə kolu məhv edilib. "Report"un məlumatına görə, məhv edilən narkotik vasitələr rayonun Xanağah və Cülyan kəndlərinin ərazisində aşkar olunub. 
İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı  yabanı halda bitən narkotik xassəli bitkilər aşkar olunub və yandırılaraq məhv edilib.

Son xəbərlər

Orphus sistemi