İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının kassasiya şikayəti təmin edilməyib

İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının kassasiya şikayəti təmin edilməyib Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Ali Məhkəməsində Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Marfin Vladimirin barəsində olan məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.
Hadisə
9 Mart , 2018 10:40
İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının kassasiya şikayəti təmin edilməyib
Report

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Ali Məhkəməsində Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Marfin Vladimirin barəsində olan məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, M.Vladimirin kassasiya şikayəti təmin edilməyib.

Cinayət işində adı keçən Rufan Ağcabəyovla bağlı Ali Məhkəməyə hər hansı bir şikayət daxil olmayıb. Bu səbəbdən məhkəmə heyəti onunla bağlı olan hissədə hökmü araşdırmayıb.

Qeyd edək ki, R.Ağcabəyov və M.Vladimir keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində həbs ediliblər. İttiham aktına əsasən, hər iki şəxs 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Faktlarla bağlı ləğv edilən MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Xatırladaq ki, Xaçmaz rayonunda anadan olan R.Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada gedən döyüşlər zamanı öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Ağcabəyov 13 il, V.Marfin isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Hökmdən narazı qaaln məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi