İmişlidə yol qəzasında iki nəfər xəsarət alıb

İmişlidə yol qəzasında iki nəfər xəsarət alıb İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 Mart , 2019 18:21
İmişlidə yol qəzasında iki nəfər xəsarət alıb

İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, qəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Sarxanlı kəndindən keçən hissəsində qeydə alınıb. 

İmişli sakini -1979-cu il təvəllüdlü Qasımov Elnur Yusif oğlu idarə etdiyi "Volkswagen" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Qarabağlı Cəsarət Yadigaroğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparıllr.

Son xəbərlər

Orphus sistemi