Hacıqabulda yol qəzasında vəzifəli şəxs ölüb - VİDEO - YENİLƏNİB

Hacıqabulda yol qəzasında vəzifəli şəxs ölüb - VİDEO - YENİLƏNİB Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
6 Dekabr , 2018 17:43
Hacıqabulda yol qəzasında vəzifəli şəxs ölüb - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Hacıqabul. 6 dekabr. REPORT.AZ Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un  yerli bürosu xəbər verir ki, qəza zamanı ölən şəxs idarə müdiri olub. 

Belə ki, "VAZ 21015" markalı avtomobilin sürcüsü, Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri, 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. 


*** 16:43

Hacıqabul. 6 dekabr. REPORT.AZ/ Hacıqabul rayonunda ölümlə nəticələnən yo-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib. 

“Mercedes” markalı 10 ZP 039 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan "VAZ 21015" markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.

Nəticədə "VAZ"ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. ,

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi