Hacıqabulda yol qəzası nəticəsində tibb bacısı və qızı xəsarət alıb

Hacıqabulda yol qəzası nəticəsində tibb bacısı və qızı xəsarət alıb Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində baş verib
Hadisə
25 Mart , 2018 22:29
Hacıqabulda yol qəzası nəticəsində tibb bacısı və qızı xəsarət alıb
Report

Hacıqabul. 25 mart. REPORT.AZ/ Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.

Nəticədə Şirvan şəhər sakini, Şirvan Diaqnostika Mərkəzinin 1967-ci il təvəllüdlü tibb işçisi Hüseynova Arzu İbiş qızı və onun 1990-cı il təvəllüdlü qızı Səlimova Fəridə Eldar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ana-bala Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, ilk tibbi yardımdan sonra A.Hüseynova Travmatologiya şöbəsinə yerləşdirilib, qızı isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi