Hacıqabul. 10 sentyabr. REPORT.AZ/ Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nəsimi Allahverdiyev küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 56 yaşlı Mail Sabir oğlu Həsənzadə naməlum şəxs tərəfindən 2 bıçaq yarası alıb. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.