Güclü külək Cəlilabadın bir kəndini işıqsız qoyub

Güclü külək Cəlilabadın bir kəndini işıqsız qoyub Cəlilabad. 31 mart. REPORT.AZ/ Güclü külək Cəlilabad rayonunda bir sıra fəsadlar törədib.
Hadisə
31 Mart , 2018 11:43
Güclü külək Cəlilabadın bir kəndini işıqsız qoyub

Cəlilabad. 31 mart. REPORT.AZ/ Güclü külək Cəlilabad rayonunda bir sıra fəsadlar törədib.

"Report"un Aran bürosunun məlumatına görə, ötən gün axşam saatlarında əsən güclü külək Şatırlı kəndini elektrik enerjisisiz qoyub.

Hazırda təmir briqadası kəndə elektrik enerjisinin bərpasına çalışır.

Qeyd edək ki, martın 25-də də əsən güclü külək nəticəsində rayonun Əsədli, Ləkin, Buravar, Şatırlı və Badamağacı kəndlərinə ciddi ziyan dəymişdi. Güclü külək nəticəsində yaşayış evlərinin, yardımçı tikililərin örtükləri uçaraq yararsız hala düşmüşdü. Təbii fəlakət nəticəsində adıçəkilən kəndlərdə elektrik dirəkləri aşdığı üçün enerji verilişi dayanmışdı. Həmin kəndlərə elektrik enerjisinin verilişi iki gün əvvəl bərpa edilib.

Son xəbərlər

Orphus sistemi