Göygöldə qardaş qardaşa torpaq üstündə xəsarət yetirib

Göygöldə qardaş qardaşa torpaq üstündə xəsarət yetirib Göygöl. 24 mart. REPORT.AZ/ Göygöl rayonunda qohumlar arasında torpaq üstündə dava olub.
Hadisə
24 Mart , 2018 18:36
Göygöldə qardaş qardaşa torpaq üstündə xəsarət yetirib

Göygöl. 24 mart. REPORT.AZ/ Göygöl rayonunda qohumlar arasında torpaq üstündə dava olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Topalhəsənli kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Vilət Müslüm oğlu baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə o, torpaq üstə düşən dava zamanı qardaşı Faiq Məmmədov tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi