Göygöldə oğurluqla məşğul olan dəstə üzvü tutulub

Göygöldə oğurluqla məşğul olan dəstə üzvü tutulub Göygöl. 22 mart. REPORT.AZ/ Göygöl rayonunda oğurluqla məşğul olan dəstə üzvləri zərərsizləşdirilib. 
Hadisə
22 Mart , 2018 11:55
Göygöldə oğurluqla məşğul olan dəstə üzvü tutulub

Göygöl. 22 mart. REPORT.AZ/ Göygöl rayonunda oğurluqla məşğul olan dəstə üzvləri zərərsizləşdirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə Regional qrupundan "Report"un Qərb bürosuna verilən məlumatına görə, rayonun Köşkü kənd sakini, Məmmədov Qismət Əhəd oğluna məxsus "VAZ-2121" markalı avtomobili, Yeni Qızılca kənd ərazisində vətəndaşa məxsus fermadan 55 baş xırda buynuzlu heyvanı, həmçinin Hacıməlik kəndində 2 baş 600 manat dəyərində buzovları oğurlayan dəstə üzvləri saxlanılıb.

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hər 3 oğurluq faktında iştirak edən şəxslər - Cəfərov Malik Muzadil oğlu və Oruclu Hüseyn Gürzalı oğlu tutulub. İstintaq zamanı məlum olub ki, Bayraməliyev Rafiq Tofiq oğlu həmin şəxslərə oğurladıqları heyvanları satmaqda köməklik edib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi