Göygöl sakini bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Eşqin Bayramov bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
O, cərrahiyyə əməliyyatı olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin 1994-cü il təvəllüdlü Niyazi Knyaz oğlu Allahverdiyev tərəfindən törədildiyi müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şəxsi münaqişə zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.