Göyçayda vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər tutuldu

Göyçayda vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər tutuldu Göyçay Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən 2 nəfər rayon sakini onlara məxsus təqaüd kartlarından ümumilikdə 366 manat pulun internet vasitəsilə çıxarılaraq oğurlandığını bildiriblər.
Hadisə
20 May , 2020 10:59
Göyçayda vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər tutuldu

Göyçay Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən 2 nəfər rayon sakini onlara məxsus təqaüd kartlarından ümumilikdə 366 manat pulun internet vasitəsilə çıxarılaraq oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törədən şəxsin Göyçay şəhər sakini 27 yaşlı Rafael Kərimli olduğu müəyyən edilərək saxlanılıb.

Göyçay RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini L.Əliyevə məxsus təqaüd kartından 100 manat pulu internet vasitəsilə çıxararaq oğurlayan əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Ruslan Qasımov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi