Göyçayda minik maşını yanıb - VİDEO

Göyçayda minik maşını yanıb - VİDEO Göyçay rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
25 Mart , 2019 21:08
Göyçayda minik maşını yanıb - VİDEO

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolun Göyçay şəhərinin Natavan küçəsindən keçən hissəsində qeydə alınıb.

Ucar rayon sakininə məxsus "VAZ-21099" markalı "61-BC-899" dövlət qeydiyyat nişanlı minik maşını yolun kənarında dayandığı yerdə anidən alovlanıb. Dərhal hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi