Goranboyda yol qəzasında iki qardaş və daha bir nəfər ölüb - FOTO - YENİLƏNİB

Goranboyda yol qəzasında iki qardaş və daha bir nəfər ölüb - FOTO - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Dekabr , 2017 10:38
Goranboyda yol qəzasında iki qardaş və daha bir nəfər ölüb - FOTO - YENİLƏNİB
Report

Goranboy. 13 dekabr. REPORT.AZ/ Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qaraqucaq kəndi ərazisində Elçin Maşallah oğlu Əsgərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - sürücünün qardaşı Tural Maşallah oğlu Əsgərov və Kamil Elman oğlu Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq ölüb. 


***8:53


Goranboy. 13 dekabr. REPORT.AZ/ Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaraqucaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin "Shacman" markalı yük maşını ilə toqquşması ilə baş verən ağır qəzada 3 nəfərin öldüyü bildirlir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi