Gömrükdən 942 kq narkotik keçirilməsinin qarşısı alınıb

Gömrükdən 942 kq narkotik keçirilməsinin qarşısı alınıb Cənab Prezident, Sizə məruzə edərək bildirmək istəyirəm ki, qaçaqmalçılıq sahəsində də əməliyyat tədbirləri əvvəlki illərdə olduğu kimi davam etdirilib.
Hadisə
16 İyul , 2020 03:22
Gömrükdən 942 kq narkotik keçirilməsinin qarşısı alınıb
Səfər Mehdiyev

Cənab Prezident, Sizə məruzə edərək bildirmək istəyirəm ki, qaçaqmalçılıq sahəsində də əməliyyat tədbirləri əvvəlki illərdə olduğu kimi davam etdirilib.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, başlanmış 249 cinayət işinin əsas hissəsini 67 halda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllər təşkil edib:

“Həm idxal əməliyyatları üzrə, həm də tranzit əməliyyatları üzrə çəkisi 942 kiloqram olan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhd edilib ki, bunun qara bazarda dəyəri 60 milyon avrodan çoxdur.

Həmçinin bildirmək istəyirəm ki, dəyəri 10 milyon dollardan artıq olan tütün məmulatları, spirtli içkilər və digər malların qaçaq yolla gətirilməsinin qarşısı alınıb”.

Son xəbərlər

Orphus sistemi