Gəncədə yol qəzası baş verib, yaralananlar var - YENİLƏNİB

Gəncədə yol qəzası baş verib, yaralananlar var - YENİLƏNİB Gəncə. 4 fevral. REPORT.AZ/ Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
4 Fevral , 2019 01:11
Gəncədə yol qəzası baş verib, yaralananlar var - YENİLƏNİB

Gəncə. 4 fevral. REPORT.AZ/ Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, baş verən yol qəzası zamanı 3 nəfər - "VAZ-2107" markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan 2 sərnişinmüxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar:

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Vamiq İxtiyar oğlu Abbasov,

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Cavid Əli oğlu Məmmədov,

Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Rəsul Hikmət oğlu Cəlilov.

Faktla bağlı araşdırma aparılır.


*** 00:03

Gəncə. 4 fevral. REPORT.AZ/ Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "VAZ-2107" və "Qazel" markalı avtomobillər toqquşub. Hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. 

Daha əvvəl Kürdəmirdə 1 nəfər yol qəzasında xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi