Gəncədə baba 3 yaşlı nəvəsini yük maşını ilə vuraraq öldürüb - YENİLƏNİB

Gəncədə baba 3 yaşlı nəvəsini yük maşını ilə vuraraq öldürüb - YENİLƏNİB Gəncə şəhər sakini yük maşınını arxaya verən zaman 3 yaşlı nəvəsini vuraraq öldürüb.
Hadisə
28 Avqust , 2019 10:40
Gəncədə baba 3 yaşlı nəvəsini yük maşını ilə vuraraq öldürüb - YENİLƏNİB

Gəncə şəhər sakini yük maşınını arxaya verən zaman 3 yaşlı nəvəsini vuraraq öldürüb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, Qasımov Ərəstun yük maşını işə salan zaman ehtiyatsızlıqdan nəvəsi, 2016-cı il təvəllüdlü Ərəstun Nizami oğlu Qasımovu vurub. Ağır bədən xəsarətləri alan uşaq xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


*** 08:49

Gəncə şəhərində baba yük maşını ilə nəvəsini vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Yüsif Məmmədəliyev küçəsində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı uşaq "təcili yardım" avtomobili ilə dərhla xəstəxanaya çatdırlıb. Onun vəziyyətinin ağır olduğu bildirib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi