Gəncədə 75 yaşlı qadın hovuzda boğulub - YENİLƏNİB

Gəncədə 75 yaşlı qadın hovuzda boğulub - YENİLƏNİB Gəncə şəhərində yaşadığı evin həyətində su hovuzuna düşərək boğulan qadının şəxsiyyəti məlum olub.
Hadisə
24 Avqust , 2019 09:27
Gəncədə 75 yaşlı qadın hovuzda boğulub - YENİLƏNİB

Gəncə şəhərində yaşadığı evin həyətində su hovuzuna düşərək boğulan qadının şəxsiyyəti məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, şəhər sakini, 1944-cü il təvəllüdlü Nafilə Məmmədovadır. O, yaşadığı evin həyətində ehtiyatsızlıqdan hovuza yıxılıb. Nəticədə suda boğularaq ölüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.


*** 08:11

Gəncədə ahıl qadın ehtiyatsızlıqdan hovuza düşərək boğulub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan ahıl qadın həyətlərində olan su havuzuna düşərək boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi