Gədəbəydə qadın və oğlu güllələnib, evləri yandırılıb - YENİLƏNİB

Gədəbəydə qadın və oğlu güllələnib, evləri yandırılıb - YENİLƏNİB Gədəbəy rayonunda silahlı insedent baş verib.
Hadisə
2 Sentyabr , 2019 11:42
Gədəbəydə qadın və oğlu güllələnib, evləri yandırılıb - YENİLƏNİB

Gədəbəy rayonunda silahlı insedent  baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, avqustun rayonun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.


*** 09:31

Gədəbəy rayonunda ikimərtəbəli evdə yanğın bşa verib.

"Report"un yerli bürosu xəbər veri ki, hadisə rayonun Arısu kəndi ərazisində qeydə alınıb.

Yanğın zamanı 2 nəfər - R.Vəliyeva və A.Əliyev yaralanaraq xəstəxanaya yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb.

Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi