Gədəbəydə əmisini öldürüb, arvadını bıçaqlayan şəxs tutuldu

Gədəbəydə əmisini öldürüb, arvadını bıçaqlayan şəxs tutuldu Gədəbəy rayonunda qətl hadisəsi baş verib.
Hadisə
12 İyul , 2020 23:08
Gədəbəydə əmisini öldürüb, arvadını bıçaqlayan şəxs tutuldu

Gədəbəy rayonunun Qurudərə kəndi ərazisində qətl hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Gədəbəy rayon sakini, 1988-ci təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu şəxsi münaqişə zəminində, Qurudərə kənd sakini olan əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğluna bir neçə bıçaq zərbələri vuraraq onu qətlə yetirib.

Əmisinin həyat yoldaşı, 1959-ci il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını isə döyüb və sonra bıçaqlayıb.

Ağır yaralı olan qadın öncə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisəni törədən, mərhumun qardaşı oğlu isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi