FHN: "Zəlzələ nəticəsində dağıntı və tələfatın olması haqqında heç bir məlumat yoxdur"

FHN: "Zəlzələ nəticəsində dağıntı və tələfatın olması haqqında heç bir məlumat yoxdur" FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi zəlzələdən sonra yaranmış durumu izləyir
Hadisə
4 Sentyabr , 2015 10:41
FHN: Zəlzələ nəticəsində dağıntı və tələfatın olması haqqında heç bir məlumat yoxdur

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Zəlzələ nəticəsində ölkə ərazisində hər hansı dağıntı və tələfatın olması haqqında hazırda heç bir məlumat yoxdur".

Bunu "Report"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti şöbəsinin rəisi Oktay Bayramov bildirib.

O bildirib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi zəlzələdən sonra yaranmış durumu izləyir və vəziyyət nəzarətdədir. 

Xatırladaq ki, bu gün Azərbaycanın bir sıra ərazilərində yerli vaxtla saat 09.49-da zəlzələ olub. Zəlzələ Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub. Təkanlar Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Ağdam, Sabirabad rayonlarında, habelə ölkənin bir sıra rayonlarında hiss olunub.

Son xəbərlər

Orphus sistemi