DYP Sabunçuda maarifləndirici tədbirlər keçirib

DYP Sabunçuda maarifləndirici tədbirlər keçirib Daxili işlər orqanları tərəfindən ölkə ərazisində Təmiz hava aylığı iləbağlı maarifləndirici aksiyalar davam edir.
Hadisə
21 Avqust , 2019 12:22
DYP Sabunçuda maarifləndirici tədbirlər keçirib

Daxili işlər orqanları tərəfindən ölkə ərazisində "Təmiz hava" aylığı iləbağlı maarifləndirici aksiyalar davam edir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, növbəti belə tədbir Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunub.

Tədbir zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobil sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah edilib. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə protokol tərtib edilməyərək xəbərdarlıq edilib.

YPX əməkdaşları həmçinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə çimərliklərdə yol hərəkətini təhlükəsizliyinə dair maarifləndirici aksiya da keçiriblər. Aksiya zamanı müxtəlif maarifləndirici şüarlar əks olunan şüarlar çimərliklərin girişinə vurulub. Yol polisləri sürücülərlə maarifləndirci söhbətlər apararaq onları dənizkənarı ərazilərdə avtomobil idarə edən zaman əməl etməli olduqları təhlükəsizlik qaydaları barədə məlumat veriblər. Sürücülərə yol polisi tərəfindən hazırlanmış bukletlər təqdim olunub.

Son xəbərlər

Orphus sistemi