DSX-nin hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri dəyişir

DSX-nin hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri dəyişir Bakı. 6 mart. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri dəyişir. 
Hadisə
6 Mart , 2018 20:23
DSX-nin hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri dəyişir

Bakı. 6 mart. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri dəyişir. 

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin martın 6-da imzaladığı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb. 

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin şəkilaltı yazılarında "SGGD” abreviaturası “SM” abreviaturası ilə əvəz edilib.

Son xəbərlər

Orphus sistemi