Dövlət çevrilişinə cəhddə ittiham olunan şəxs azadlığa buraxılıb

Dövlət çevrilişinə cəhddə ittiham olunan şəxs azadlığa buraxılıb Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Hadisə
17 Mart , 2019 14:34
Dövlət çevrilişinə cəhddə ittiham olunan şəxs azadlığa buraxılıb
rEPORT

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

“Report”un əməkdaşı xəbər verir ki, cəzaçəkmə müəssisəsindən 7 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb.

Əfv olunan məhkumlar arasında 2007-ci ildə dövlət çevrilişinə cəhddə (Səid Dadaşbəyli dəstəsinin üzvü) ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilən 1979-cu il təvəllüdlü Qocayev Samir və 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilən 1982-ci il təvəllüdlü Cəbrayılov Rasim Mirzəbaba oğlunun da adı var.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" imzaladığı sərəncam ümumilikdə 431 nəfərə şamil olunur.

Son xəbərlər

Orphus sistemi