DİN: Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır

DİN: Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır “Bir neçə şəxsə qarşı işgəncə ilə bağlı yayılmış fotolarının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və ümumiyyətlə  Azərbaycanın daxili işlər orqanlarına aidiyyatı yoxdur”.
Hadisə
11 Avqust , 2020 17:12
DİN: Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır

“Bir neçə şəxsə qarşı işgəncə ilə bağlı yayılmış fotolarının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və ümumiyyətlə  Azərbaycanın daxili işlər orqanlarına aidiyyatı yoxdur”.

Bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. 

Onun sözlərinə görə, bu fotoların Azərbaycanda çəkilməsi barədə deyilənlər tamamilə yalan və uydurmadır:

“Fotolarda görünən şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Həmin fotolar çoxdandan başqa ölkədə çəkilib. Çünki insanlar qış geyimindədirlər. Bir daha deyirəm ki, təxribat məqsədilə yayılan həmin fotoların Azərbaycanın hüquq mühafizə orqanlarına heç bir aidiyyatı yoxdur”.

Fotolarda yer alan və Azərbaycana məxsus dövlət nömrə nişanlı avtomobilin qarşısında şəkil çəkdirən şəxslə bağlı isə Ehsan Zahidov bildirib ki, Azərbaycanın polis sıralarında elə bir adam tanımır.

Fotolarda Azərbaycan bayrağının da yer alması barədə sualı Ehsan Zahidov belə cavablandırıb:

 “Bu da təxribat məqsədilə edilib. Azərbaycan bayrağını dünyanın istənilən yerində harasa qoyub şəkil çəkmək olar”.

Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə şəxsin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı fotolar yayılıb və fotoların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkildiyi iddia olunub. 
 

Son xəbərlər

Orphus sistemi