DİN psixoloq axtarır

DİN psixoloq axtarır Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 770 manat aylıq təminat xərcliyi ödəniləcək
Hadisə
26 Oktyabr , 2016 16:40
DİN psixoloq axtarır

Bakı. 26 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti-Zəng Mərkəzində vakant olan psixoloq vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində psixoloq ixtisası alan (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirən və ixtisasları Azərbaycanda tanınan), ixtisas üzrə azı 2 il təcrübəyə malik, yaşı 25-dən aşağı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vuran (qadınlar istisna olmaqla), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunan şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunan normativlər üzrə yoxlanacaq, xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 770 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunan qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər noyabrın 6-dək DİN-in internet səhifəsində //mia.gov.az/?/az/content/183/ yerləşdirilən elanda ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına nazirliyin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Əlavə məlumat üçün (012) 590-92-54 şəhər nömrəsi ilə əlaqə saxlamaq olar.

Son xəbərlər

Orphus sistemi