Bakıda falçılıqla məşğul olan qadın tutulub

Bakıda falçılıqla məşğul olan qadın tutulub Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb
Hadisə
6 İyun , 2017 11:02
Bakıda falçılıqla məşğul olan qadın tutulub

Bakı. 6 iyun. REPORT.AZ/ Respublikanın daxili işlər orqanları əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pullarını mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 1-də Bakı şəhər sakinləri olan iki nəfər polisə müraciət edərək bir qadın tərəfindən fala baxmaq adı ilə aldadılaraq ümumilikdə 1100 manat pullarının alındıqlarını bildiriblər.

Təxirəsalınmadan keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törədənin Bakı şəhər sakini Roziya Jelandinovna olması müəyyən edilib və görülən tədbirlərlə o, tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Roziya Jelandinovnanın digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi