Daşkəsən rayonunda 20 yaşlı gənc bıçaqlanıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Quşçu kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1999-cu il təvəllüdlü Eltun Həsənov tanışı tərəfindən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Hadisənin başvermə səbəbləri hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.