Cəzaçəkmə müəssisəsinə gözyaşardıcı qaz keçirmək istəyən şəxsin məhkəməsi başlayır

Cəzaçəkmə müəssisəsinə gözyaşardıcı qaz keçirmək istəyən şəxsin məhkəməsi başlayır Cəzaçəkmə müəssisəsində saxlanılan tanışına qadağan olunmuş əşya keçirmək istəyən Elşən Abbasovun barəsində cinayət işinin istintaqı başa çatıb.
Hadisə
23 Avqust , 2019 12:22
Cəzaçəkmə müəssisəsinə gözyaşardıcı qaz keçirmək istəyən şəxsin məhkəməsi başlayır

Cəzaçəkmə müəssisəsində saxlanılan tanışına qadağan olunmuş əşya keçirmək istəyən Elşən Abbasovun barəsində cinayət işinin istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Mətanət Hacıyevanın icraatında olan iş üzrə hazırlıq iclası avqustun 29-a təyin edilib.

Qeyd edək ki, hadisə bu ayın 8-də baş verib. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Bakı şəhər sakini Abbasov Elşən Arif oğlu 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan tanışı, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələrinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əzizov Qurban Alduz oğluna sovqat gətirib.

Sovqata baxış keçirilən zaman idman ayaqqabısının içərisində gizlədilmiş 1 ədəd Ukrayna istehsalı olan “TEPEH-1” markalı gözyaşardıcı qaz balonu aşkar edilib.

E.Ababsova Cinayət Məcəlləsinin 317-1.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi