Cəlilabadda piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabadda piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB Cəlilabad rayonunda baş verən yol qəzası zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
30 Avqust , 2019 11:33
Cəlilabadda piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabad rayonunda baş verən yol qəzası zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini 1984-cü il təvəllüdlü Hüseynov Eldəniz Əlirza oğlu idarə etdiyi "QAZ 31" markalı minik avtomobili ilə piyada, 1977-ci il təvəllüdlü Abbasov Qafur Vahid oğlunu vuraraq öldürüb.

 Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.


*** 09:23

Cəlilabad rayonunda avtomobil piyadanı vurub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qarayar kəndi ərazisində qeydə alınıb. 

Qəza zamanı ağır bədən xəsarəti alan piyada yerindəcə ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi